“Veysəloğlu”nun konfetindən qurd çıxdı – Fotolar
“Veysəloğlu” şirkətinin istehsal etdiyi məhsulun içərisindən qurd çıxdığı iddia edilir.
Bu barədə məlumat yayan moderator.az yazır ki, Mingəçevir şəhərində yaşayan sakinlərdən biri adı çəkilən mətbu orqanın redaksiyasına gödərdiyi fotolarda “Veysəloğlu Yaycılı Qardaşlar” MMC-ə məxsus olan “Sweet” konfetidən qurd çıxdığını bildirib.
“Şəhərdəki mağazalardan birindən aldığı konfeti gecə saatlarında çay içmək üçün açarkən şoka düşüb. Konfetin içində olan qurdları görüncə dərhal fotoları çəkərək redaksiyamıza ünvanlayıb. Vətəndaş bildirir ki, mağazadan alış-veriş edərkən tez-tez vaxtı keçmiş, xarab mallarla rastlaşır” – sayt yazır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hadisə ilə bağlı açıqlamasında bildirib ki, əmtəə bazarında satılan bütün mallar qablaşdırılmalıdır, amma bu gün buna çox az firmalar riayət edir və nəticədə də bu kimi hallar baş verir:
- İstehlakçıların hüquqlarını müdafiə üzrə ekspert Eyyub Hüseynov





