“Viktoriya” – “Qarabağ”: Saat neçədə, hansı telekanalda?
Çempionlar Liqasında Azərbaycanı təmsil edən “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirəcək.
“Minval.info” xəbər verir ki Çexiyada Çempionlar Liqasının pley-off mərhələsində “Viktoriya” (Plzen) və “Qarabağ” arasında cavab oyunu keçiriləcək.
“Viktoriya” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə 23:00-da başlayacaq. Matç “CBC Sport” telekanalında canlı yayımlanacaq.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüşdə hesab açılmayıb.
“Minval.info”
XƏBƏR LENTİ
2025/11/19 14:22

