Vilayət Eyvazov yeni rəis müavini təyin edib

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.
Minval.info-nun məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Elşən Quliyev Kəlbəcər Rayon Polis Şöbəsinin (RPŞ) xidmət üzrə rəis müavini təyin edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti Minval.info-ya faktı təsdiqləyib.
Qeyd edək ki, E.Quliyev bu təyinata qədər Kəlbəcər RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsində çalışıb.
Xatırladaq ki, ilk məlumatı oxu.az saytı yayıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

