Vilayət Eyvazov yüksək rütbəli polisi işdən çıxardı

Ucar rayon Polis Şöbəsinin rəis müavini vəzifəsindən azad edilib.
Minval.info-nun əldə etdiyi məlumata görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Ucar rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı İlham Kərimov tutduğu vəzifədən kənarlaşdırılıb.
Onun hansı vəzifəyə təyin ediləcəyi barədə hələlik heç bir məlumat yoxdur.
XƏBƏR LENTİ
2025/11/19 14:22

