Vilayət Eyvazova yeni müavin təyin edildi
Azərbaycan Daxili İşlər nazirinin birinci müavini vəzifəsinə təyinat olub.
Prezident İlham Əliyevin imzaladığı sərəncamla polis general-mayoru Seyfulla Əzimov Daxili İşlər nazirinin birinci müavini təyin edilib.
Qeyd edək ki, Əzimov daha öncə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi olub.
Xatırladaq ki, cari ilin iyun ayının 20-dək sözügedən postu hazırkı Daxili İşlər naziri Vilayət Eyvazov tutub.
Həmçinin oxu: Rəis müavinliyindən nazir müavinliyinə gedən yol – Seyfulla Əzimov kimdir?
XƏBƏR LENTİ
2025/11/19 14:22

