Vilayət Eyvazovdan yeni təyinatlar

Lənkəran Şəhər Polis şöbəsinin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Rahid Əsgərov vəzifəsindən azad olunaraq Lerik Rayon Polis şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyin olunub.
Minval.info xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Nazirin digər əmri ilə, Lənkəran Şəhər Polis şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsinə polis mayoru İltifat Yusifov təyinat alıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

