“Vilyarreal” – “Qarabağ” matçının hakimləri açıqlandı
İspaniyanın “Vilyarreal” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur matçı üçün təyinatlar açıqlanıb.
Qarşılaşma Ukraynadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Mikola Balakinə onun köməkçiləri Andrey Skripka və Semyen Şlonçak yardımçı olacaq. Dördüncü hakim funksiyasını isə Yevgeni Aranovski yerinə yetirəcək.
Dekabrın 10-da keçiriləcək “Vilyarreal” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Qeyd edək ki, Mikola Balakin daha əvvəl 2017/2018 mövsümündə UEFA Avropa Liqasının I təsnifat mərhələsində “İnter”lə (hazırkı “Keşlə” – E.S) ilə Serbiya “Mladost”u arasındakı oyunu idarə edib. Bakıda keçirilmiş qarşılaşma Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.


