Voleybolçu qadının müəmmalı ölümü- “Onu Elşən adlı adam öldürüb”- Təfərrüat

Voleybolçu qadını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Namiq Vəkilovun cinayət işi üzrə məhkəmə iclasına hakim Fikrət Qəribov sədrlik edib.

Qadını boğaraq başına torba keçirib qətlə yetirməkdə təqsirləndirilən Namiq Vəkilovun cinayət işi üzrə məhkəmə davam edib.

Prosesdə prokuror ittiham aktını elan edilib. Təqsirləndirilən şəxs ittihamla özünü təqsirli bilməyib.

Vəkil vəsatət verərək, təqsirləndirilən şəxsin sonda ifadə verməsini istəyib.
Məhkəmə vəsatəti təmin edib.

Məlum olub ki, qətlə yetirilən şəxsin heç kimi yoxdur. Hüquqi varis qismində Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi tanınıb.

Məhkəmədə şahid qismində təqsirləndirilən şəxsin anası Xuraman Vəkilova ifadə verib.

Oğlunun fəhləlik etdiyini deyən ana bildirib ki, mərhumla birlikdə eyni yataqxanada yaşayıblar:

“Anjelika da mühafizəçi işləyirdi. Hadisə günü Anjelika mənə zəng eləmişdi. Xahiş elədi ki, ona borc pul verim. Mən də Namiqi çağırdım, 150 manat verdim ki, aparıb Anjelika versin. Axşam oldu, polislər gəldi. Dedilər Namiq hardadır? Dedim Anjelikagilə gedib. Dedim yəqib Namiq pulu verməyib. Zəng etmək istəyəndə polis dedi ki, Anjelikanı boğub öldürüblər. Məni 5 gün “girov” saxladılar. Halbuki mənim oğlum cinayətkar ola bilməz”.

Xuraman Vəkilova söylətib ki, yaşadıqları yataqxana sökülən zaman onlara pul verilib. O iddia edib ki, mərhumu pula görə öldürüblər:

“Bizim yataqxanamızı sökürdülər. Ona görə də pul verilmişdi. Anjelikanı pula görə öldürüblər. Onu Elşən adlı adam öldürüb. Birinci Namiqə 30 min pul təklif ediblər ki, cinayəti boynuna al. Lakin oğlum razı olmayıb. Sonra məni və nəvələrimi öldürməklə santaj edərək oğlumu Qazaxa qaçırdılar. Anjelikanın telefonunu Namiqə zorla veriblər. Anjelikanın bizimlə münasibətləri çox yaxşı olub. O, bütün məsələri bizə danışırdı. Hətta bizə vəsiyyət eləmişdi ki, onu kimsəsizlər qəbiritanlığında basdırmasınlar. Ona görə də evində 7 min manat saxlayırdı. Bunu qonşulardan bir iki adam bilirdi. O öləndən sonra baxdıq, pul ordaydı. Polis pulu gəlib apardı. Bizim yataqxanamızı sökəndə hamımıza 45 min manat pul verdilər. Anjelika da Elşənə 5 min manat borc vermişdi. Ala bilmirdi. Elə məhz ona görə onu öldürüblər. Anjelika 3 dəfə Elşəndən şikayət edib. Axırıncı dəfə mənim yanımda şikayət edib”.

Məhkəmədə məlum okub ki, təqdirləndirilən şəxsin əvvəllər də məhkumluğu olub.

Bu barədə onun anası danışıb: “Birinci hərbidə olan da qaçmışdı. “Dizbat” verilmişdi. Sonra da Qazax da bir qızın ailəsi ilə problemi olmuşdu. Məhkəmə 5 min manat cərimə etmişdi”.

Məhkəmədə şahid qismində qətldə adı hallandırılan Elşən Ələsgərov da dindirilib.

O bildirib ki, dəmiryolunda fəhlə çalışıb və Anjelika ilə qonşu olub.

E.Ələsgərov Anjelika ilə heç bir düşmənçiliyinin olmadığını qeyd edib:

“Özü mühafizədə işləyirdi. 200 manat maaş alırdı. Yeməyini də gətirib bizdə yeyirdi. Sonra dövlət bizə 45 min manat verdi. Hamı getdi özünə ev aldı. Anjelikaya da ev alanda biz kömək etmişik. Ev alan kimi gəldi bizə. Yoldaşım da onun evinə pərdə hədiyyə aldı”.

E.Ələsgərov təqsirləndirilən şəxsin anasının ittihamlarına münasibət bildirib.

Söyləyib ki, heç vaxt ondan borc pul almayıb: “Bankdan başqa heç kimdən pul almamışam. Hadisə olan günü bizi polis çağırdılar. Mənim adımı vermişdilər. Əl izlərimi, ifadəmi yoxladıqdan sonra məni buraxdılar. Orda hamıya məlum oldu ki, hadisəni qonşuluqda olan Namiq törədib. Mənim Namiqlə heç bir münasibətim olmayıb. Bizim ailəmizin Anjelika ilə də heç bir problemi olmayıb. Hadisə olan günü də mən Bakıda olmamışam. İşdə olmuşam. Səhəri gün gəlmişəm. Müharibə veteranıyam, alay komandiri olmuşam”.

Hadisə bu il fevral ayında Bakı şəhəri, Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib. Qazax rayon sakini N.Vəkilov Anjelika Morozovanın başına torba keçirərək onu boğub.

Məlum olub ki, qətlə yetirilən şəxs 1963-cü il təvəllüdlü A.Vasilyevna Morozovadır. Hadisədən sonra N.Vəkilov saxlanılıb.

Qətlə yetirilən qadın peşəkar voleybolçu olub.

İlkin Muradov
Musavat.com

Kriminal

Nəşr edilib: 2017/12/19 14:29

Baxış: 176


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06