Volkan Bozkır bu gün Azərbaycana gəlir

Türkiyəli siyasətçi Volkan Bozkır bu gün Azərbaycana səfərə gələcək.
“Minval.info” xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti olmuş Volkan Bozkır öz tviter hesabında məlumat verib.
Onun sözlərinə görə, Bakıda “COVID-19-dan sonrakı dünya” mövzusunda 8-ci Qlobal Bakı Forumunda spiker qismində iştirak edəcək.
“Bir çox keçmiş dövlət və hökumət başçıları, nazirlər, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyəti nümayəndələri ilə “COVID-19-dan sonrakı dünya”nı müzakirə edəcəyik”, – deyə Bozkır paylaşımında bildirib.
Qeyd edək ki, 8-ci Qlobal Bakı Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 4-6 noyabr tarixlərində Bakıda keçiriləcək.
XƏBƏR LENTİ
2025/11/19 14:22

