Əvvəlcə qanını şprislə çəkib unitaza töküblər, sonra… – Camal Khaşoqinin qətlində dəhşətli detallar
Səudiyyə Ərəbistanın İstanbuldakı baş konsulluğunda qətlə yetirilən jurnalist Camal Khaşoqinin ölümü ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Səudiyyədən gələn qatillər Khaşoqini öldürəndən sonra onun qanını şprislə çəkərək unitaza axıdıblar. Sonra qanı çəkilmiş cəsədi hissələrə ayırıblar.
Bu vəhşiliyi hazırda Səudiyyə Ərəbistanında saxlanılanlar arasında olan Salah al-Tubaiqinin etdiyi deyilir.
Məlumata görə, Tubaiqi cəsədi parçalayarkən musiqi dinləyirmiş və ona kömək edənlərə təlimatlar verirmiş. Khaşoqinin cəsədindən çəkilən qanın ətrafa dağılmaması üçün laxtalandırıcı dərmandan da istifadə edildiyi deyilir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

