“WhatsApp” bütün dünyada çökdü

Bir neçə saatdır ki, bütün dünya üzrə “WhatsApp” servisində problemlər yaranıb.
Virtualaz.org xəbər verir ki, hazırda Azərbaycanla yanaşı, Türkiyədə, Rusiyada və digər ölkələrdə abunəçilər bu servisin xidmətlərindən istifadə edə bilmir.
Problemlə bağlı rəsmi məlumat verilməyib.
Musavat.com Türkiyə mediasına əsasən bildirir ki, problem 1 saata yaxın davam edib və ən çevik mesajlaşma saytının çökdüyünü görən istifadəçilər bu barədə digər sosial şəbəkələrdə statuslar paylaşıblar.
Türkiyənin milli siber hadisələrə müdaxilə mərkəzindən (USOM) bildirilib ki, bütün dünyada eyni problem yaşanıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

