“WhatsApp”da polis rəisi barədə məlumat yayan şəxs edilib

Yol polisi haqqında “Whatsapp” sosial şəbəkəsində səs yayan şəxs həbs edilib.

Bu barədə Oxu.Az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov məlumat verib.

V.Əsədov deyib ki, 1981-ci il təvəllüdlü Qasımov Fariz Mürvət oğlu barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada həbs tədbiri seçilib.

F.Qasımova 15 sutka inzibati həbs cəzası verilib və o, iki il müddətinə sürücülük hüququndan müddətinə məhrum edilib.

V. Əsədovun sözlərinə görə, F.Qasımov bir müddət əvvəl avtoxuliqanlıq etdiyi üçün saxlanılıb və polisə böhtan atmaq, məsuliyyətdən yayınmaq üçün belə bir səs yazısını yayıb. Polkovnik həmin şəxsin bunu etiraf etdiyini söyləyib.

Xatırladaq ki, “Whatsapp”da yayılan səs yazısında Xətai DYP-nin rəisi Cavanşir Ələkbərovun ünvanına sərt ittihamlar səslənir.

Səs yazısını yayan sürücü bildirir ki, özü də daxil olmaqla, bir neçə sürücü Babək prospektində hərəkətdə olan zaman qara rəngli, 005 dövlət nömrə nişanlı “Toyota Camry” markalı avtomobil aşağı sürətlə hərəkət edir, nəticədə arxadan gələn sürücülər əsəbiləşərək onu sağdan ötür.

Onun iddiasına görə, maşını Cavanşir Ələkbərov idarə edir və qarşıda onu ötən sürücüləri yol polisi saxlayaraq maşını cərimə meydançasına aparır və bütün bunlara rəis özü göstəriş verir.

Gündəm

Nəşr edilib: 2018/11/30 16:58

Baxış: 458


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06