“WhatsApp” istifadəçilərinin NƏZƏRİNƏ: Çoxdan gözlənilən funsiya əlavə olundu – FOTO
“WhatsApp” yoxa çıxan foto və videoları göndərmə funksiyasını işə salıb.
Bu barədə şirkətin nümayəndələri məlumat yayıb.
İstifadəçilər “Bir dəfə bax” seçimindən istifadə edərək foto və video göndərə biləcəklər. Alıcı onları yalnız bir dəfə görəcək və bundan sonra fotolar avtomatik olaraq silinəcək.
Bənzər xüsusiyyət artıq “Instagram”da işləyir: alıcı şəkilə və ya videoya baxmaq üçün düyməni basır, çat bağlandıqdan sonra video və ya şəkil artıq əlçatan olmur.
“WhatsApp” xəbərdarlıq edir ki, bu funksiya şəkil və ya videoların “screenrecorder” (ekran yazıcıdan) istifadə edənlər tərəfindən yazılmayacağına zəmanət vermir.
Smartfonlar üçün “Bir dəfə bax” seçimi növbəti messencer yeniləməsində əlçatan olacaq.
XƏBƏR LENTİ
2025/11/19 14:22

