Xərçəngdən əziyyət çəkən əməkdar artist əməliyyat olunacaq – FOTO

Əməkdar artist Niftulla Əsgərov əməliyyat olunacaq.
Minval.info xəbər verir ki, bu haqda aktyor Müşviq Şahverdiyev məlumat verib. O, N.Əsgərovun yaxın günlərdə əməliyyat olunacağını bildirib:
“İnşallah, bu mərhələni də keçəcək. Onkoloji xəstəlikdən əziyyət çəkir. İki gün sonra əməliyyata alınacaq”.
Xatırladaq ki, Lənkəran Dövlət Teatrının aktyoru bir müddət əvvəl ürəyindən əməliyyat olunub.

XƏBƏR LENTİ
2025/11/19 14:22

