Xəstə əməliyyat zamanı mədəsində qalmış salfetdən ölüb
İki aydan artıq mədəsində həkimlər tərəfindən unudulub qalmış salfetdən əziyyət çəkən xəstə şiddətli ağrılar nəticəsində ölüb.
Minval.İnfo xəbər verir ki, hadisə Krasnodar əyalətindəki xəstəxanalardan birində baş verib.
56 yaşlı qadının əməliyyatını edən cərrahlar məsuliyyətə cəlb olunublar. Krasnodar əyalətinin hüquq mühafizə orqanlarından verilən məlumata görə, istintaq prosesi hələ davam edir.
İstintaqa Xabarovski əyalətinin həkimlərinin də cəlb olunacağı gözlənilir. Belə ki, əməliyyatdan sonra yaşlı qadın iki ay ağrılardan əziyyət çəksə də, həkimlər ona yanlış diaqnoz qoyaraq düzgün müayinə etməyiblər.
Zeynəb
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22

