Türkiyənin Antalya vilayətində xəstəxanaların birində partlayış baş verib.
Trend xəbər verir ki, hadisə nəticəsində bir nəfər həlak olub.
Daha iki nəfərin yaralandığı deyilir.
Qeyd olunur ki, xəstəxanada kondisioner partlayıb. Hadisə yerinə yanğınsöndürmə briqadası cəlb olunub.