Xəstəxanaya yerləşdirilən İsa Qəmbərin Fotosu
Xəbər verdiyimiz kimi, Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər səhhətindəki problem səbəbindən xəstəxanaya yerləşdirilib.
“Minval.info”nun məlumatına görə, Müsavat başqanı Arif Hacılı facebook hesabında İsa Qəmbərlə xəstəxanada çəkilmiş fotosunu paylaşıb.
“İsa bəylə görüşdük. Özünü yaxşı hiss edir. Hamıya salamları var. Müayinələrdən keçib. Ürəkgüclənləndirici tibbi prosedurlar həyata keçirilir” – deyə A.Hacılı qeyd edib.
Onun sözlərinə görə, İsə Qənbər yaxın günlərdə xəstəxanadan çıxarılacaq.
XƏBƏR LENTİ
2025/11/19 14:22


