Xətaidə avtomobillə vurulan qadın ağır xəsarət alıb

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Minval.info-nun məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.
Avtomobil yolu keçən 1988-ci il təvəllüdlü A. Heydərovanı vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki topuğun yerdəyişən sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

