Xəzərdə 1 nəfər batıb – axtarış aparılır

Xəzər dənizində bir nəfər batıb.
FHN-dən Minval.İnfo-ya verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1967-ci il təvəllüdlü Niyazov Vidadi Əlibala oğlunun Sumqayıt şəhərində dənizdə batması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.
XƏBƏR LENTİ
2025/11/19 14:22

