Xəzərdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Xəzərdə batan 1 nəfər xilas edilib.
Minval.İnfo-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Corat sularda xilasetmə məntəqəsinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşmiş 1 nəfər xilas olunub.
Həmin şəxsə oradaca ilkin tibbi müdaxilə edilib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

