Xəzərdə itkin düşmüş kater tapıldı

Xəzər dənizində dünən itkin düşmüş kater aşkarlanıb.
“Minval.info” xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Həştərxan vilayəti üzrə Baş İdarəsinin Mətbuat Xidməti məlumat verib.
Məlumata əsasən, göyərtəsində 7 nəfər olan kater Suiti adalarının yaxınlığında aşkar olunub. Bildirilir ki, həmin şəxslərə tibbi yardım tələb olunmayıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

