Xaçmazda intihara cəhdin qarşısı alınıb
Xaçmaz rayonunun Uzunoba kəndində 1 nəfər mobil rabitə operatorun qülləsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Bu barədə Minval.info Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Məlumata görə, FHN-nin Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

