Xaçmazda itkin düşən uşağın yeni görüntüləri yayılıb: “Onu kolluqdan tapıblar” – VİDEO
Xəbər verdiyimiz kimi, Xaçmaz rayonunun Nabran qəsəbəsində naməlum şəraitdə itkin düşən 3 yaşlı uşaq tapılıb.
Minval.İnfo xəbər verir ki, 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlunu kənd sakinləri tapıb: “Uşağı vidoeoda görünən kişi və gənc oğlan tapıb. İsmayıl çox da uzağa gətməyib. Burada, mayakın arxasında meşəlik var, orada çayın yanında olan kolluqdan tapıblar. Şükür Allaha ki, uşaq sağ-salamatdır. Kolluqda olduğu üçün bir az qolları və üzü cızılıb”.
İsmayıl Novruzovun ailəsinə təhvil verildiyi anın videosunu təqdim edirik:
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22


