Xaçmazın bir kəndində iki kafe yandı

Xaçmazda iki kafedə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Minval.info-ya verilən məlumata görə, rayonun Çarxı kəndində ümumi sahəsi 98 m² olan kafe kimi fəaliyyət göstərən ikimərtəbəli tikilinin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 49 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Həmçinin eyni kənddə Çarxı kəndində ümumi sahəsi 100 m² olan kafe kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin yanar konstruksiyaları 60 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

