Xalq artisti vəfat etdi
Bu gün xalq artisti Gülcahan Güləhmədova-Martınova dünyasını dəyişib.Minval.İnfo xəbər verir ki, yaxınlarının “ölkə.az”-a verdiyi məlumata görə xalq artisti xəstəlik nəticəsində, 92 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Gülcahan Güləhmədova-Martınova 30 il ərzində Səməd Vurğun adına Rus Dram teatrında quruluşçu rejissor olub. Azərbaycan Respublikasının xalq artisti, Dövlət mükafatı laureatıdır.
Onun tərəfindən 70-dən çox əsər tamaşaya qoyulub. Onlar Şekspir, Şiller, Rostan, Fr. Saqan, İ. Əfəndiyev, M. İbrahimov, Verdi, Çaykovski, Bize, Motsart, Çimaroza, Hacıbəyov, Əmirov, Rimski-Korsakov və digər məşhurların əsərləridir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

