Xanadan sonra Sabinanın da biabırçı görüntüsü yayıldı – VİDEO
Sosial şəbəkədə məşhur olmağın asan olduğu günlərdə adından bəhs etdirməyi bacaran daha bir azərbaycanlı qızın müzakirələrə səbəb olan videosu yayılıb.
“Minval.info” xəbər verir ki, bir nüçə gün öncə Xana ləqəbi ilə məşhurlaşan Xanımın oğlanla intim zarafat və hərəkətlərini özündə əks etdirən videosundan sonra, sosial şəbəkələrdə Sabina Katanovaya aid olan görüntülər də yayılıb.
Sabinanın bir oğlanla içki içərkən və öpüşərkən çəkilmiş videosu sosial mediada müzakirələrə səbəb olub. Bloger özü isə oğlanla öpüşmədiyini, sadəcə onun qulağına söz dediyini bildirib.
Hər iki qız vine-larda mini ətək geyinmək, açıq-saçıq səhnələri canlandırmaqla tanınıblar. Sabina Katanova Hüseyn Əzizoğlunun videolarına çəkilməklə məşhurlaşıb. Xanım isə Rəsul Abbasov sayəsində gündəmə gəlib. Belə ki, öncə onun videolarında rol alan Xanım, sonradan kliplərində də tərəf müqabili olmağa başlayıb. Hətta cütlük sevgili olduqlarını da bildirib.
Qeyd edək ki, hər iki xanım arasında bir müddətdir söz dalaşı bitmək bilmirdi.
Sözügedən kadrları sizə təqdim edirik:
Xanım

