Xatun ofisianta 6 manat verən həmkarını biabır etdi
“Bir həmkarımla toyda idim. Ofisiant səhərdən axşama kimi qulluğumuzda durdu, ona 6 manat pul verdi”.
Minval.info xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva “Üç əlli” verilişində deyib. Sənətçi adını açıqlamadığı həmkarını biabır edib:
“Salyanda toyda idik. Bütün günü toyda, nə qədər pul qazanır. Çıxarıb ofisianta 6 manat verdi. Adam o qədər pul verər? Özüm bilə-bilə soruşdum. Mən də çıxarıb 50 manat verdim. Hər kəs öz qiymətini verir”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

