Xavi “Barselona”nın sükanı arxasına keçməyə razılaşdı

Hazırda “Əl-Sadd” komandasını çalışdıran Xavi “Barselona” rəhbərliyinə komandanın sükanı arxasına keçmək üçün razılıq verib.
Minval.info oxu.az-a istinadən bildirir ki, mütəxəssisin artıq milli komandaların oyunları üçün yaranacaq fasilədən sonra “Barsa”nı çalışdırması ehtimal olunur.
Bu müddət ərzində tərəflər bir neçə məsələni həll edəcəklər. İlk növbədə Xavi “Əl-Sadd”la müqaviləsini ləğv etməlidir. Daha sonra ispan mütəxəssisin çalışacağı məşqçilər korpusu qərarlaşdırılacaq.
XƏBƏR LENTİ
2025/11/19 14:22

