XİN: ABŞ-da həbs olunanlar Azərbaycan vətəndaşlarıdır
ABŞ-da həbs olunan şəxslər Azərbaycan Respublikası vətəndaşlarıdır.
Bu barədə “oxu.az”-a Azərbaycan XİN-nin rəsmisi Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, ABŞ-ın hüquq-mühafizə orqanları Azərbaycanın bu ölkədəki səfirliyini hadisə barədə məlumatlandırıblar.
“Səfirliyin konsulluq xidməti sözügedən şəxslərlə görüşmək üçün ABŞ-ın hüquq-mühafizə orqanları ilə təmasdadır”, – deyə, Hacıyev qeyd edib.
Xatırladaq ki, ABŞ-da iyulun 31-də 25 nəfərdən ibarət cinayətkar qrupa qarşı ittiham irəli sürülüb. Qrup üzvlərindən 17-si həbs edilib, səkkizi barədə isə axtarış elan olunub.
Aralarında dörd azərbaycanlının da olduğu qrup üzvləri dələduzluqda və 4,5 milyon dollar həcmində çirkli pulların yuyulmasında ittiham olunub.
Saxlanılan şəxslər dələduzluqla bağlı 20 il müddətinə, çirkli pulların yuyulması ilə bağlı 30 il müddətinə azadlıqdan məhrum edilə bilər.
Qeyd edilib ki, həmin gün Nyu-Yorkda saxlanılan 11 nəfər arasında da üç azərbaycanlı olub – 30 yaşlı Sərxan İmamverdiyev, 30 yaşlı Elvin Cavadzadə, 23 yaşlı Dürrə Mehdiyeva.
|
Name |
Age |
Nationality |
Residence |
| ASHIROVA |
27 |
Kazakhstan | Brooklyn |
|
|
|||
| ELIOZASHVILI |
44 |
Georgia | Brooklyn |
| IMAMVERDIYEV |
30 |
Azerbaijan | Brooklyn |
| INADZE |
37 |
Georgia | Brooklyn |
| JALOLOVA |
23 |
Kazakhstan | Brooklyn |
| JAVAZADE |
30 |
Azerbaijan | Brooklyn |
| LEVINSKI |
23 |
United States | Brooklyn |
| KHUKIASHVILI |
63 |
Georgia | Brooklyn |
| KHUDAIBERGENOVA |
48 |
Kazakhstan | Brooklyn |
| KALINITCHEV |
62 |
Ukraine | Brooklyn |
| MEHDIYEVA |
23 |
Azerbaijan | Brooklyn |
| NAZINA |
29 |
Ukraine | Brooklyn |
| PAPOSHVILI |
43 |
Georgia | Brooklyn |
| SEPIASHVILI |
64 |
Georgia | Brooklyn |
| STASOVSKIY |
58 |
Russia | Brooklyn |
| YAZICI |
36 |
Turkey | Brooklyn |
| PUKE |
31 |
Latvia | Delray Beach, FL |
| VITOLS |
29 |
Latvia | Delray Beach, FL |
| DEDUSEV |
29 |
Russia | Los Angeles |
| LISITSKIY |
30 |
Russia | Los Angeles |
| LIVADNYI |
39 |
Russia | Los Angeles |
| TUPIKIN |
32 |
Russia | Los Angeles |
| MOROZOV |
29 |
Russia | Moscow |
| STARIKOV |
34 |
Russia | Moscow |
Minval.İnfo

