Xırdalanda binada yanğın: 20 sakin təxliyə edilib
Xırdalanda yaşayış binasında yanğın olub.
Minval.info-nun verdiyi xəbərə görə, yanğın dünən Abşeron rayonu, Xırdalan şəhərində altımərtəbəli yaşayış binasında baş verib.
Nəticədə binanın 2-ci mərtəbəsinin dəhlizində quraşdırılmış 36 ədəd elektrik sayğac və 2 p.m elektrik kabeli yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 20 nəfər bina sakini təxliyə olunub.
Sayğacların qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.
XƏBƏR LENTİ
2025/11/19 14:22

