Xırdalanda qəza: Qadın sərnişin öldü
Xırdalan şəhərində “Mondial” markalı moped beton maneəyə çırpılıb.
Abşeron Rayon Polis İdarəsindən AZƏRTAC –a bildirilib ki, hadisə iyunun 14-də qeydə alınıb. Qəzanı Sumqayıt şəhər sakini İlkin Bəkirov törədib. Nəticədə sərnişin, Bakı şəhər sakini Nuray Etibarqızı hadisə yerində ölüb.
Qəza ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

