Xırdalanda restoranda yanğın olub

Abşeron rayonunda restoranda yanğın olub.
Bu barədə Minval.info-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, rayonun Xırdalan şəhərində yeddimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 800 m² olan restoranın mətbəxində 1 ədəd məişət avadanlığı və masa yanıb. Restoran yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

