Xırdalanın bir hissəsi və Masazırda elektrik enerjisinin verilişində fasilə olacaq
Minval.info xəbər verir ki, bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.
Masazır qəsəbəsində yerləşən Əliağa Vahid yarımstansiyasında təftişlə əlaqədar Xırdalan şəhərinin bir hissəsinin və Masazır qəsəbəsinin elektrik enerjisi ilə təchizatında qısamüddətli fasilə (saat 01:30-dan 02:00-a qədər) yaranacaq.
Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılarından üzr istəyir.
XƏBƏR LENTİ
2025/11/19 14:22


