Xızıda 40-45 yaşlarında meyid tapılıb – FOTO

Xızı rayonu Yeni Yaşma kəndi ərazisində 40-45 yaşlarında naməlum kişi
meyiti tapılıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə,
aşkar edilən meyit arıq bədən quruluşlu, boyu 170 santimetr, nisbətən yumru
sifət quruluşlu, seyrək saçlıdır. Aşkar olunan zaman meyitin üzərində heç bir
zorakılıq əlamətləri aşkar edilməyib.
Qeyd edək ki, bu şəxsi tanıyanlardan Xızı Rayon Polis Şöbəsinin 023-31-50-
131 və 051-500-00-13 nömrələri ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş
edilir.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

