Xızıda ana və 3 uşağı itkin düşdü – Fotolar

Xızı rayonu ərazisində ana və 3 övladı itkin düşüb. 

Qafqaz.info bildirir ki, bu barədə APA-ya Xızı Rayon Polis Şöbəsindən (RPŞ)  məlumat verilib.

Xızı rayonu, Qızıldərə ərazisində yerləşən fermada müvəqqəti yaşayan, əslən Qubanın Dalıqaya kəndindən olan İsayev Səxavət Şahabbas oğlu 18.01.2020-ci ildə tarixində Daxili İşlər Nazirliyinin (DİN) “102”  xidməti zəng mərkəzi sisteminə müraciət edərək yoldaşı və 3 övladının itkin düşdüyü barədə məlumat verib. O müraciətində bildirib ki, 1993-cü il təvəllüdlü həyat yoldaşı İsayeva Əfsanə Cəmil qızının 17.01.2020-ci il tarixində günorta saatlarında 9 yaşlı qızı Nurcanı, 8 yaşlı oğlu Nurlanı və 1 yaşlı oğlu Sərxan İsayevi götürərək yaşadıqları fermadan çıxaraq naməlum istiqamətdə getməsi  və bir daha geri qayıtmaması barədə məlumat verib.

İsayeva Əfsanə Cəmil qızının əlamətləri: boyu – təxminən 160 sm, çəkisi – 55-60 kq, qaraşındır, arıq bədən quruluşludur. Gözlərinin rəngi qəhvəyi, saçları qara-şabalıdı rəngli olmaqla uzundur. Evdən çıxarkən əynində qara rəngli  gödəkcə, qara rəngli ətək, ayağında alçaqdaban qız çəkməsi olub.

Nurcan İsayevanın əlamətləri: boyu – təxminən 1 metr, saçı qara şabalıdı rəngdədir. Evdən çıxarkən əynində ağ zolaqları olan qırmızı gödəkcə, ayağında tünd rəngli qış çəkməsi olub.

Nurlan İsayevin əlamətləri: boyu – təxminən 0,80 m, saçı qara şabalıdı rəngdədir. Evdən çıxarkən əynində qara rəngli gödəkcə, ayağında qara rəngdə qış çəkməsi olub.

Bu şəxsləri görənlərdən  DİN-in “102” xidmətinə, Xızı RPŞ-nə (+994 23 315 01 31 və ya +994 55 366 33 54 nömrəsinə) məlumat vermələri xahiş olunur.



Ölkə, Vacib

Nəşr edilib: 2020/01/20 16:15

Baxış: 915


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06