Xızıda evdə yanğın, 2 nəfər xəsarət alıb

Xızı rayonunun Yarımca kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları yanıb.
Minval.İnfo FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı 2 nəfər xəsarət alıb.
Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
XƏBƏR LENTİ
2025/11/19 14:22

