Xloe Sərdardan sonra onu seçib
Türkiyəli müğənni Sərdar Ortaçın eks-həyat yoldaşı Xloe Luqnanın “Survivor” iştirakçısı Markus Aralla eşq yaşadığı iddia edilib.
Axşam.az xəbər verir ki, irlandiyalı modelin bir neçə müddətdir onunla münasibətinin olduğu bildirilib.
Lakin Xloe sosial media hesabında açıqlama edərək, xəbərin yalan olduğunu söyləyib. O bildirib ki, belə xəbərlər davam edərsə, sənətçi məhkəməyə müraciət edəcək.
Qeyd edək ki, Xloe 8 ildir Sərdarla birlikdə idi. Onlar 5 illik evliliklərini ötən aylarda yekunlaşdırıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

