“Xosrov və Şirin”i onlar oynadı – FOTO

Azərbaycanda dahi şair Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan serial çəkilib.
Day.Az “MİNVAL.İNFO”- ya istinadən xəbər verir ki, “Xosrov və Şirin” adlı serial 12 bölümdən ibarətdir və İctimai Televiziyanın efirində yayımlanacaq.
Layihədə Xalq artisti Tariyel Qasımov, Əməkdar artistlər Mələk Abbaszadə, Bəhruz Vaqifoğlu, aktrisa-aparıcı Kəmalə Piriyeva, aktyor-model Rüstəm Cəbrayılov və başqaları yer alıb.
Ekran işi Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” Kinostudiyası, İctimai Televiziya və Radio Yayımları Şirkətinin birgə istehsalıdır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

