Yalçın Rzazadə səhhəti ilə bağlı açıqlama verdi
Yalçın Rzazadə xəstəxanadan evə buraxılıb.
Bu barədə APA-ya müğənni özü məlumat verib.
O bildirib ki, bir qədər əvvəl evə buraxılıb, xəstəxanada qala bilmir.
Y. Rzazadə qeyd edib ki, səhhətində ciddi problemlər var: “Mədəmdə üç böyük yara var idi. Hazırda o yaralar şişib və qanıma zəhərlənmə keçib. Həkimlər əməliyyata ehtiyac olduğunu deyirlər. Sabah yenidən xəstəxanaya, müayinəyə gedəcəyəm. Yəqin ki, əməliyyat olunacağam”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

