Yanğın söndü – Zavodda hər şey məhv oldu – FOTO
Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülən operativ və təxirəsalınmaz tədbirlər sayəsində Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğın saat 08:24-də söndürülüb.
Bu barədə “Minval.info”ya FHN-dən bildirilib.
Hazırda ərazidə konstruksiyaların söküntüsü və müvafiq tədbirlər görülür. Hadisə nəticəsində xəsarət alan olmayıb.
FHN-in və Baş Prokurorluğun müstəntiqlərindən ibarət yaradılan istintaq qrupu tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.
Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.



XƏBƏR LENTİ
2025/11/19 14:22

