Yanğın zamanı evlərə oğurluq üçün girən şəxsi polislər tutdu – FOTO
Xəbər verdiyimiz kimi Bakının Binəqədi rayonunda yanğın hadisəsi baş verib.
“Minval.info”nun məlumatına görə, Xocahəsən qəsəbəsində taxta məmulatlarının emalı sexi yanıb. Əraziyə Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub və yağın söndürülüb.
Hadisə zamanı yanğının sıçradığı 2 evə fürsətdən istifadə edərək oğurluq etmək üçün girən şəxs polis tərəfindən tutulub.
Bu barədə jurnalist Elvin Hüseynov “facebook” hesabında paylaşım edib.
XƏBƏR LENTİ
2025/11/19 14:22


