Yanğında FHN əməkdaşı yaralandı – Səhiyyə Nazirliyi məlumat yaydı
Minval.info //Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğın zamanı Fövqəladə Hallar Nazirliyinin 2 əməkdaşına təcili tibbi yardım göstərilib.
Bu barədə “Report”a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov məlumat verib.
O qeyd edib ki, nazirliyin 1 əməkdaşı isə əlindən xəsarət alıb və o, 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib
P.Əbubəkirov qeyd edib ki, tibbi yardım briqaları iki vətəndaşa da yardım göstəriliblər: “Yanğın səhər saatlarında baş verdiyində ticarət mərkəzində adam az olub, ona görə də xəsarət alan olmayıb. Əraziyə 6 təcili tibbi yardım briqası cəlb olunub”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

