Yanğından qaçmağa çalışan qadın körpəsini ikinci mərtəbədən aşağı atdı – VİDEO
ABŞ- ın Georgia ştatında baş verən yanğın görənləri dəhşətə gətirdi.
Minval.İnfo xəbər verir, yanğından qaçmağa çalışan qadın məcburiyətdən körpəsini ikinci mərtəbədən aşağı atıb.
Uşağı atmamışdan əvvəl qadının yanğın söndürənə “sənə atacam, tut” deməsi video-kamera vasitəsilə qeydə alınıb.
Xoşbəxtlikdən yanğınsöndürənin çevik hərəkət edərək uşağı tutması faciənin baş verməsinin qarşısını alıb.
Tamerlan Mehdi
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22

