Yaponiyada 40-dan çox avtomobilin iştirakı ilə qəza oldu
Yaponiyanın Fukui prefekturasında ağır yol qəzası baş verib.
“Minval.info” “Kyodo” agentliyinə istinadən xəbər verir ki, 40-dan çox avtomobilin iştirak etdiyi qəza yerli magistral yollardan birindəki tüneldə olub.
İlkin məlumata görə, hadisə nəticəsində yaralanan 6 nəfər xəstəxanaya yerləşdirilib.
Hazırda qəza yerində xilasedicilər və polis çalışır. Qəzanın hansı səbəbdən baş verdiyi hələ ki, açıqlanmayıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

