Yaqut Qarayeva: “Xalqı narahat edən bütün problemlər üzərində iş gedir”
“Biz gündəlik yoluxmanın statistikasından asılı addımlar atırıq. Mərhələli şəkildə yaxşılaşmaya doğru gedirik. Xəstə sayı azaldığı üçün bizim bəzi pandemiya xəstəxanalarımız bağlanır”.“Minval.info” Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri TƏBİB-in Departament müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, xalqı narahat edən bütün problemlər üzərində iş gedir:
“Hər bir yumşalma və sərtləşmə epidemioloji vəziyyətdən asılıdır. İnsanları düşündürən bəzi məsələlər istiqamətində artıq müzakirələr gedir. Lakin hər kəs başa düşməlidir ki, vaksinasiya prosesi vacib məsələdir”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

