Yasamalda polisə zibil atmaq ittihamı ilə tutulan şəxs azadlığa buraxıldı
Dünən Yasamlada polisə zibil atdığına görə həbs edilən qardaşlardan biri azadlığa buraxılıb.
Musavat.com xəbər verir ki, Kərim Süleymanov bu gün sərbəst buraxılıb. Bu barədə vəlil Cavad Cavadov məlumat paylaşıb.
Xatırladaq ki, dünən Yasamalda polis əməkdaşları karantin rejiminini pozan şəxsi saxlayan zaman bina sakinləri polis əməkdaşlarına balkondan zibil atmışdılar. Sonra polis əməkdaşları 11 nəfər şəxsi saxlamışdı.
Onlar barəsində inzibati qaydada 10-30 gün müddətinə həbs qərarı çıxarılmışdı
Saxlanılanlardan ikisi Elmir və Kərim Süleymanov qardaşları idi.
Elmir Süleymanovun səhhətində problem olduğu üçün azadlığa buraxıldığı deyilir.
İlkin Muradov
XƏBƏR LENTİ
2025/11/19 14:22

