Yaşayış binasında yanğın: sakinlər təxliyə edilib
Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Minval.info FHN-ə istinadən xəbər verir ki, binanın şaxtasında 50 p.m elektrik kabeli və məişət tullantıları yanıb. Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

