Yaşlı atasını çəkiclə qətlə yetirdi – Tovuzda dəhşət
Tovuzda oğul atasını qətlə yetirib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.
Kənd sakini 1972-ci il təvəllüdlü Məsimov Rasim Müzəffər oğlu çəkiclə 1936-cı il təvəllüdlü Məsimov Müzəffər Bayram oğluna zərbələr endirərək onu qətlə yetirib.
Məlumata görə, cinayəti törədən şəxsin psixi problemləri olub.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda cinayət işi açılıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

