Yeni açılmış “Zəfər” liseyinə baş icraçı direktor Tural Abasquliyev təyin olundu
Təcrübəli mütəxəssis “Zəfər” liseyi ilə Azərbaycan təhsil sitemində yeni bir dönəm başladır.
“Minval.info” xəbər verir ki, bu barədə lisey məlumat yayıb.
Bildirilib ki, Tural Abasquliyev on beş illik pedaqoji fəaliyyətə sahib təhsil üzrə ekspertdir və bu illər ərzində həm müəllim, həm təlim-tərbiyə işləri üzrə direktor müavini, həm tədris və təşkilati işlər üzrə direktor müavini, həmçinin məktəb direktoru vəzifələrində çalışıb.
Uzun illərdir təhsilin müxtəlif sahələrində uğura imza atmış Tural Abasquliyevin idarə etdiyi “Zəfər” liseyi Azərbaycan təhsil sistemində yeni bir dönəmə imza ataraq, artıq ölkənin ən münasib təhsil ödənişinə sahib özəl orta məktəblərindən biri kimi tanınır. “Zəfər” liseyində Kembric təhsil sistemi 250 AZN-dən başlayan qiymətlərlə artıq hər kəsə əlçatan oldu!
İstər beynəlxalq kurikulum, istərsə də keyfiyyətli tədris axtaran hər kəs üçün “Zəfər” liseyi əlverişli təhsil imkanları təqdim edir. Lisey təhsilhaqqının aşağı olmasına baxmayaraq, yüksəkkeyfiyyətli tədris metodlarını və müasir təhsil texnologiyalarını tətbiq edir.
“LANDAU Education Group”un yeni layihəsi olan “Zəfər” liseyində 3 bölmə – Azərbaycan, ingilis və rus mövcuddur. Liseyin təlim prosesi sosial və emosional öyrənmə (SEL) metodikasına, təhsil sistemi isə həm Kembric Beynəlxalq kurikulumuna, həm də yerli tədris proqramına əsaslanır.
“Zəfər” liseyinin 2 korpusu mövcuddur: “Zabrat” (Zabrat-Pirşağı yolu, “Xəzər Bağları” Yaşayış Kompleksi) və “Xırdalan” (Xırdalan şəhəri, “Absheron City” Yaşayış Kompleksi).
Hazırda isə qəbul prosesi ikinövbəli təhsil sistemi əsasında Azərbaycan və rus bölmələri üzrə 1-5 siniflər, ingilis bölməsi üzrə isə yalnız 1-ci sinif üçün davam etdirilir.
Qeydiyyatdan keçmək üçün liseyin rəsmi saytı olan www.zafarliseyi.az-da müvafiq onlayn formanı (birbaşa keçid linki: https://zafarliseyi.az/elaqe/) doldura və ya +994 50 209 25 36; +994 50 209 25 37 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
Daha yaxşı gələcək üçün hər kəsə əlçatan özəl təhsil!