Yeni doğulmuş körpə kanalizasiya quyusunda sağ qaldı — FOTO
Kanalizasiyaya atılan körpə qarışqalara yem olmaqdan son anda xilas edilib.
Cənubi Afrikan Port Elizabet şəhərinin yaxınlığında qan dondurucu hadisə baş verib.
Minval.İnfo xəbər verir ki, şəhərə gedən əsas magistralın kənarında, kanalizasiya borusunun açıqlığa çıxdığı yerdə tərk edilmiş körpə tapılıb.
Yoldan keçən Korni Vijoen ətrafdan körpə səsi eşidib. Səsə doğru istiqamətlənən Korni səsin kanalizasiya borusundan gəldiyini dəqiqləşdirib. Boruya daxil olduqdan sonra üstü büsbütün qarışqa olan körpə ilə rastlaşır.
Kişi bədənində yaralar olan körpəni götürərək xəstəxanaya yollanıb.
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22

